Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkədə qida təhlükəsizliyinin təmin edilməsi və əhalinin sağlamlığının qorunması istiqamətində monitorinqləri davam etdirir.
AQTA-dan bildirilib ki, həyata keçirilən monitorinqlər çərçivəsində Agentlik əməkdaşları tərəfindən Bərdə rayonu C.Məmmədquluzadə küç. ev 80 ünvanında yerləşən yaşayış sahəsində qanunsuz fəaliyyət göstərən spirtli içkilərin emalı sexi aşkarlanıb.
Baxış zamanı məlum olub ki, yaşayış yerinin sahibi Həsənov Tapdıq Qarakişi oğlu müxtəlif çeşiddə spirtli içkilərin boş qablarını, istifadə olunmuş taraları kustar üsullarla dolduraraq müxtəlif ölkələrə məxsus əmtəə nişanlı spirtli içkilərin adı ilə pərakəndə satışa çıxarır. Qanunsuz fəaliyyət göstərən sexdə ümumilikdə 93 ədəd satış məqsədi ilə qablaşdırılmış saxta içki aşkarlanıb.
Bundan başqa, yaşayış sahəsindən spirtli içki doldurulmasına hazır vəziyyətə gətirilən 100-lərlə şüşə butulkalar, 100 litr həcmdə etil spirti, kənd təsərrüfatında istifadə olunan dərman maddələrinin qablaşdırılması üçün nəzərdə tutulan 100 litrlik boş çəllək müəyyən edilib.
Aşkar olunan faktlar əsasında qanunvericiliyin tələbləri çərçivəsində tədbirlər görülüb və sexin fəaliyyəti məhdudlaşdırılıb.
Məhsullardan nümunələr götürülərək Qida Təhlükəsizliyi İnstitunun müvafiq laboratoriyalarına göndərilib.
Faktla bağlı qanunvericiliyin tələblərinə uyğun tədbirlər görüləcək.


Şərhlər
Bismillahir-Rəhmanir-Rəhim. Əziz həmvətənlər! AQTA nə vaxt püxtələşəcək və normal işləyəcək? Məsələ burasındadır ki, AQTA məmurları işə diletant yanaşması, səthi və primitiv yollarla işləmələri çox təəssüf yaradır.Elə bil ki,belə olduqca vacib məsələlərin həll bu adamlara tapşırlmayıb? Bir baxın AQTA məlumat verir ki,güya nəsə ixtira ediblər “saxta spirtli içki emal edən sex aşkarlayıb”.Belə sexləri aşkar etmək üçün vaxt lazim deyil istək lazımdır!Bunun bir sonu olmalı deyilmi? Bu gün ölkədə Kölgə iqtisadiyyatı 60%-dan çoxdur.Birdə onu deyim ki, AQTA-nin axtardığı hər yerdə üzdədir( kükələrdə,mağazinlərdə,restoranlarda,bazarlarda və s...)onları bu məmurların görməsi lazımdır.