Nigeriya hökuməti Britaniyanın “Process & Industrial Development Limited” (P&ID) şirkətinə yerinə yetirilməmiş müqaviləyə görə 9 milyard dollar ödəməlidir.
Bu barədə London Yüksək Məhkəməsi qərar verib. Həmin məbləğ Nigeriyanın 2019-cu il üçün dövlət büdcəsinin gəlirlərinin üçdə birini təşkil edir.
Məsələ belədir ki, 10 il əvvəl Nigeriya hökuməti həmin şirkətlə təbii qaz yatağında hasilata dair 20 illik müqavilə bağlayıb. Amma müqavilə üzrə demək olar heç bir iş görməyib. 2012-ci ilin yayında şirkət London məhkəməsinə müraciət edib. Məhkəmə şirkəti haqlı sayıb və Nigeriya hökumətinin 6.6 milyard dollar təzminat ödəməli olduğu haqda qərar çıxarıb. Lakin Nigeriya hökuməti qərarla razılaşmayaarq apellyasiya verib, nəhayət yüksək məhkəmə qərarı qüvvədə saxlayıb və həmin vaxtdan bəri hesablanmış faizləri də üstünə gələrək məbləği 9 milyard dollara çıxarıb.
Yəni, yüz illər müstəmlələ edərək taladıqları Nigeriyanı ingilislər indi də belə soyurlar.


Şərhlər
Böyük Britaniya özünün də qoşulduğu və üzvü olduğu bir sıra beynəlxalq konvensiyalara, protokollara, razılaşmalara və digər sənədlərə əsasən inkişaf etmiş və bəşəriyyətin bu vəziyyətə gəlməsinə tarixi məsuliyyət daşıyan bir ölkə kimi, Nigeriya kimi inkişaf etməkdə olan ölkələrə (xüsusilədə Afrika) hərtərəfli köməkliklər- həmin ölkələrdə dayanıqlı inkişafı təmin etmək məqsədi ilə qrantlar,aşağı faizli kreditlər verməli , borcları silməli və s. dəstək göstərməlidir. BMT-nin sənədlərində bu, ƏMƏLDƏ isə...