Menu

Putinlə Nazarbayev barışıb danışıqlara başladı

12.09.2014, 17:01
Putinlə Nazarbayev barışıb danışıqlara başladı

Rusiya Federasiyasının prezidenti Vladimir PutinləQazaxıstanın dövlət başçısı Nursultan Nazarbayev Tacikistanın paxtaxtı Düşənbədə keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının sammitində görüşüblər.

Virtualaz.org saytı Rusiya mətbuatına istinadən xəbər verir ki, bu görüşdə hər iki dövlət başçısı Ukraynadakı vəziyyət və Avrasiya İttifaqına inteqrasiya məsələləri haqqında fikir mübadiləsi aparıblar.

Bundan əlavə prezidentlər iki ölkə arasındakı münasibətlərə və Gömrük İttifaqının inkişafına dair məsələləri müzakirə ediblər.

Yada salaq ki, son bir neçə həftə ərzində iki ölkə və onların rəhbərləri arasındakı münasibətlər çox soyuq idi. Nazarbayev Rusiyanı Qazaxıstanın Avrasiya İttifaqından çıxa biləcəyi ilə hədələyirdi. Putin isə Qazaxıstanda dövlətçiliyin olmadığını, onun təzəcə yarandığını vurğulamqla Astanaya ikibaşlı mesaj göndərirdi.

Bir-biri ilə “əsəb müharibəsi” aparan iki liderin yenidən danışıqlar masasına oturması siyasi müşahidəçilər tərəfindən “buzların əriməsi” kimi qiymətləndirilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol