Tərtər rayonunda bədbəxt hadisə baş verib.
Tərtər Rayon Prokurorluğundan "Report"un Qarabağ Mərkəzinə verilən məlumata görə, rayonun Azad Qaraqoyunlu kəndində 2017-ci il təvəllüdlü Üzeyir Fədail oğlu Xəlilzadəni elektrik cərəyanı vurub. Körpə Bərdə Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.


Şərhlər