Menu

Əsəd ordusu türk əsgərlərinə atəş açıb

22.08.2019, 17:04
Əsəd ordusu türk əsgərlərinə atəş açıb

Bəşər Əsəd rejimi Türkiyə ordusuna aid 8 nömrəli nəzarət nöqtəsinə atəş açıb. Musavat.com bu barədə Türkiyə mediasına istinadən məlumat verir.

Rejimə aid döyüş təyyarələri İdlibin cənub-şərqindəki Maretinuman ərazisində 8 nömrəli nəzarət bölgəsinə ağır çaplı silahlardan atəş açıblar. Yaşanan hadisə nəticəsində xəsarət alan olmayıb.

Rejim Rusiya və İranın dəstəklədiyi xarici terror qruplarının yardımı ilə son 10 gündə İdlibin cənubunda gərginliyi artırılar.

İdlibin cənubunda gərginlik ən yüksək həddə çatıb.

Sözügeden bölgədə 2018-ci il, sentyabrın 17-də imzalanan İdlib razılaşmasından bu yana 1 milyona yaxın mülki şəxs Suriya-Türkiyə sərhədinə köç edib.

Yerli mətbuatda qaçqınların sayının bir milyonu ötəcəyi bildirilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol