Baş Nazirin müavini Əli Əhmədov və Kənd Təsərrüfatı naziri İnam Kərimov Bakıda kənd təsərrüfatı yarmarkası, kənd təsərrüfatı məhsullarının ənənəvi satış bazarı "Yaşıl bazar" və paytaxtdakı supermarketlərdən birinə baxış keçirib.
"Report"un xəbərinə görə, Baş Nazirin müavini satışa çıxarılan ərzaq və kənd təsərrüfatı məhsullarının qiyməti və keyfiyyəti ilə maraqlanıb, satıcıları və alıcıları dinləyib.
Ə.Əhmədov satıcılardan birindən kartofun qiymətini soruşub. Satıcıdan "iki manat" eşidincə Ə.Əhmədov qiymətin baha olduğunu deyib: "Yayın ortasında iki manata kartof olmaz".
[gallery size="full" ids="543932,543933,543934"]


Şərhlər
Şəxsən mən özüm Əli Əhmədovun facbuuk səhifəsinə dəfələrlə şikayət məzmunlu kommetlər yazmışam.fikirləşmişəmki hər halda dövlət rəsmisidir müraciətlərimi oxuyub ,problemimlə maraqlanar..maləsəf..səhərsi baxanda görmüşəmki tərif məzmunlu kometləri saxlayıb, şikayət məzmunlu kometlər silinib.bunların vətəndaşlara münasibəti budur.kimin gözünə kül üfürürlər,hələdə başa düşə bilmirəm..
Bunların bazara getməsi niyə belə böyük hadisə olub .Bəs bunlar nə yeyir əgər həftədə bir dəfədə olsa bazara getmirlərsə.Yoxsa bunlar ali adamlardırlar .bildiyimə görə yalnız Prezident və ailəsi dövlət hesabınadır .Bunlar kimdir bəs?
Bu da Baş nazirin müavini Əli Əhmədovun bazar gəzintisi! Elə İnam Kərimov da onun tayıdır.Kartof 2 manata! Bəs sonra?İnkişaf yalnız bazar qiymətlərindədir ay Əli "müəllim"! Boş çıxışlarla, yəni hoha deməklə donuz darıdan çıxmır! Bildiyiniz iş yalnız yalan danışmaqdır.YAP-ı da biabır etmisiniz.Üzvləriniz nə hoqqalardan çıxdığı hamıya bəllidir.