Menu

Ermənistanda hərbi yük maşını aşıb - 11 hərbçi yaralanıb

23.08.2019, 11:03
Ermənistanda hərbi yük maşını aşıb - 11 hərbçi yaralanıb

Ermənistanın Tavuş vilayətində avqustun 23-nə keçən gecə ağır yol qəzası baş verib.

"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, saat 03:30-da Baqanis kəndi ərazisində "QAZ 66" markalı yük maşını aşıb.

Yük maşınında olan müqavilə üzrə xidmət edən 11 hərbçi yaralanıb. Onlar Noyemberyan xəstəxanasına aparılıblar.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol