Menu

ABŞ-ın basketbol millisi son 13 ildə ilk dəfə uduzub

24.08.2019, 15:27
ABŞ-ın basketbol millisi son 13 ildə ilk dəfə uduzub

ABŞ-ın kişi basketbolçulardan ibarət milli komandası son 13 ildə ilk dəfə uduzub.

“Report” xəbər verir ki, komanda 31 avqust – 15 sentyabrda Çində keçiriləcək Dünya Kubokuna hazırlıq matçında Avstraliyaya yenilib – 94:98.

Qeyd edək ki, ABŞ millisi sonuncu dəfə 2006-cı ildə dünya çempionatının yarımfinalında Yunanıstana məğlub olub. Komandanın məğlubedilməzlik seriyası 78 oyuna çatmışdı.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol