Menu

Bərdədə meşə yanır

26.08.2019, 15:59
Bərdədə meşə yanır

Bərdədə meşəlik ərazidə yanğın başlayıb.

APA-nın məlumatına görə, hadisə rayonun Cumalar kəndi ərazisində qeydə alınıb. Meşə ərazisində baş verən yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin texnikası və canlı qüvvəsi cəlb edilib.

Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol