Amerika Birləşmiş Ştatları (ABŞ) prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Gon Bolton Rusiyanı bunda günahlandırıb ki, guya bu ölkə hipersəs silahları işləyib hazırlamaq məqsədilə texnologiyaları oğurlayır.
Dövlət Dumasında ABŞ-dan tələb ediblər ki, Rusiyanın istehsal texnologiyasını guya, oğurlamaq istədiyi raketi ortaya qoysunlar. Dovlət Duması mudafiə məsələləri komitəsi sədrinin birinci müavini Aleksandr Şerinin sözlərinə görə, Vaşinqton özü digərlərinin texnologiyalarının oğurlanması məsələsində xeyli irəli gedib.
Şerinin fikrincə, belə işlərdə Moskvanı günahlandırmaq qəbuledilməz və qeyri-korrektdir. Amma məlum olduğu kimi, ABŞ üçün çoxdan beynəlxalq münasibətlərdə etika anlayışı yoxdur. Bundan başqa, siyasətçinin sözlərinə görə, Vaşinqton özü texnologiyaların oğurlaması məsələsində hamıdan irəli gedir. O, xatırladıb ki, ABŞ Almaniya mütəxəssislərini ölkədən çıxarıb aparıb. Onlar isə ABŞ üçün atom bombası yaradıblar, sonra isə həmin bombalarla Yaponiyaya zərbələr endirilib.
Sosial şəbəkədə Boltonun ittihamıını şərh edərək, onu o qədər də təmkinli olmayan adam adlandırıblar.
Bundan əvvəl isə «PolitRossiya» nəşri yazmışdı ki, Koreya Xalq Demokratik Respublikasında Con Boltonu müharibə fanatiki adlandırıblar.
AzPolitika.info


Şərhlər