Menu

Ukraynada kosmik raketin uğurlu sınağı keçirilib 

27.08.2019, 17:17
Ukraynada kosmik raketin uğurlu sınağı keçirilib 

Ukraynada «Siklon-4» daşıyıcı-raketin atəş sınağı keçirilib. AzPolitika.info-nun məlumatına görə, bu barədə avqustun 25-də «Yujnoye Konstruktor bürosu» öz «Feysbuk»unda xəbər verib.

Qeyd olunur ki, sınaq daha bir dəfə də avqustun 23-də keçirilib. Raket kosmosda işlənmək və müxtəlif təyinatlı peyklərin orbitə çıxarılması üçün nəzərdə tutulub.

“Atəş sınaqları zamanı bütün sistemlər əla işləyib. Pillə mühərriki planlaşdırıldığı kimi, 5 dəfə işə düşüb. Sınaq uğurlu saylıb” - deyə, büronun xəbərində deyilir.

Raket özüalışan və uzun müddət saxlanıla bilən maye yanacaqla işləyir.

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol