Bu gün avqustun 27-də Rusiya Prezidenti Vladimir Putinlə türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan 14-cü MAKS-2019 Beynəlxalq Aerokosmik Sərgisinin açılışında iştirak ediblər. Bu haqda “Anadolu” agentliyi məlumat yayıb.
Ərdoğan çıxışı zaman Türkiyədə müdafiə sərgilərinin, xüsusilə İstanbulda 14-cü Beynəlxalq “İDEF-2019” sərgisinin keçirildiyini xatırladıb.
Daha sonra isə Rusiya və Türkiyə prezidentləri sərgidə təqdim olunan Su-57 qırıcısına, Ka-622 və Mi-38 helikopterlərinə baxış keçiriblər. Putin türk həmkarına habelə "Be-200" amfibiya təyyarəsinin əsas xüsusiyyətləri barədə danışıb.
5-ci nəsil Su-57 qırıcısına baxış zamanı Ərdoğan Putindən soruşub: "Bu təyyarə uçur?"
Putin təsdiqləyici cavab verib, əlavə edib ki, təyyarənin uçuşunu aviaşou zamanı nümayiş etdirəcəklər.
Ərdoğan yenə sual verib: "İndi biz bundan alacağıq?". Putin bir az düşünüb və yenə təsdiq cavabı verib, Ərdoğan isə bərkdən gülüb. Putin də ona qoşulub...
Həmin kadrları təqdim edirik:


Şərhlər