Menu

Suriyada döyüşən bir azərbaycanlının öldürüldüyü xəbəri yayıldı - FOTO

27.08.2019, 18:33
Suriyada döyüşən bir azərbaycanlının öldürüldüyü xəbəri yayıldı - FOTO

Suriyanın Latakiya bölgəsində hökumət qüvvələri ilə müxalifətin silahlı dəstələri arasında döyüşlərdə daha bir azərbaycanlının öldürüldüyü xəbəri yayıldı.

Modern.az Suriya hökumətinə yaxın KİV-ə istinadən xəbər verir ki, adı Məhəmməd Amin olan həmin şəxsin Azərbaycandan gəldiyi iddia olunur. Yaşı 45-55 arasında dəyişən şəxsin fotosu da yayımlanıb.

Məhəmməd Aminin Suriyaya nə vaxt getdiyi, ordakı müxalifət qüvvələrinə nə vaxt qoşulduğu barədə məlumat verilmir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol