Menu

Roqozin Ərdoğana kosmosa türk kosmonavt göndərməyi təklif edib

27.08.2019, 19:02
Roqozin Ərdoğana kosmosa türk kosmonavt göndərməyi təklif edib

Rusiya Federal Kosmik Agentliyinin (ROSCOSMOS) rəhbəri Dmitri Roqozin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana kosmosa türk kosmonavt göndərməyi təklif edib.

APA-nın Anadolu agentliyinə istinadən verdiyi xəbərə görə, Dmitri Roqozin bu barədə Türkiyə Prezidenti R.T.Ərdoğanla MAKS-2019 Beynəlxlaq Aviasiya və Kosmos Sərgisində qısamüddətli görüşü zamanı deyib.

Görüş zamanı kosmosa türk kosmonavt göndərmək istədiklərini bildirən Roqozin “Sizə ortaq bir təklifimiz var: Cümhuriyyətinizin 100-cü ildönümünü orbitə türk kosmonavt göndərərək qeyd etmək. Kosmonavt Tədris Mərkəzi buna hazırdır”, - deyə söyləyib.

Türkiyə Prezidenti Ərdoğan təklifi məmnuniyyətlə qarşılayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol