Menu

Azərbaycan millisi yenə məğlub olub

27.08.2019, 21:24
Azərbaycan millisi yenə məğlub olub

Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət milli komandası Ukraynanın Kiyev şəhərində təşkil olunan “Viktor Bannikov” beynəlxalq turnirində bu gün ikinci oyunlarını keçirib.

APA-nın məlumatına görə, Vüqar Məmmədin rəhbərlik etdiyi yığma ukraynalı həmyaşıdları ilə üz-üzə gəlib.

İlk matçda İsrailə 0:6 hesabı ilə uduzan təmsilçimiz bu dəfə də məğlubiyyətə üzülüb. Ukraynalılar 4:2 hesabı ilə qalib gəliblər. Yığmamızın heyətində Musa Musazadə və Mirmövsüm Canıyev fərqləniblər.

Qeyd edək ki, milli avqustun 29-da Latviya ilə qarşılacaq.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol