Ötən gün İspaniyaya yağan güclü yağış paytaxt Madriddə küçələrin su altında qalması, yolların bağlanması, bir neçə metrostansiyanın müvəqqəti olaraq bağlanmasına və şəhər hava limanında reyslərin gecikməsinə gətirib çıxarıb.
“Report” TASS-a istinadla xəbər verir ki, bu barədə yerli fövqəladə hallar xidmətinin məlumatında bildirilir.
Məlumata görə, bəzi hallarda dolu ilə müşayiət olunan leysan yağışları səbəbindən 1000-dən çox hadisə qeydə alınıb.
Yaşayış məntəqələri arasında daha çox Arqanda-del-Rey, Valdemoro, Pinto, Rivas-Vasyamadrid, Xetafe və digərləri var. Yağışlar səbəbindən yollarda hərəkət bağlanıb.


Şərhlər