Menu

Adebayor rəsmən Superliqa klubunda

27.08.2019, 22:32
Adebayor rəsmən Superliqa klubunda

"Başakşəhər"dən ayrılan Emmanuel Adebayorun "Kayserispor"a keçidi rəsmiləşib.

Qol.az-ın klubun saytına istinadla yaydığı xəbərə görə, 35 yaşlı hücumçu ilə 1 illik müqavilə imzalanıb.

Qeyd edək ki, 2017-ci ildən "Başakşəhər"də oynayan Adebayor Türkiyə Superliqasında 60 oyuna 24 qol vurub. Toqo millisinin üzvü "Mets", "Monako", "Arsenal", "Real", "Tottenhem", "Kristal Pelas" kimi klublarda oynayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol