Menu

«ABŞ qoşunları ölkədən çıxsın!» - İraq parlamentindən tələb

28.08.2019, 00:29
«ABŞ qoşunları ölkədən çıxsın!» - İraq parlamentindən tələb

İraq parlamenti Amerika qoşunlarının ölkədən çıxarılması ilə bağlı çağırış edib. Buna səbəb şiə üsyançılarının maraqlarını təmsil edən və 2014-cü ildə terrorçularla mübarizə məqsədilə yaradılmış böyük blokun avqustun 26-da iraq ərazisinə seriya hava hücumları həyata keçirməsi olub. Bu hücumların arxasında İsrailin dayandığı ehtimal edilir.

Bazar ertəsi «Fəth» koalisiyası bəyan edib ki, İsralin bu təcavüzünün bütün məsuliyyəti Birləşmiş Ştatların üzərindədir. Bu təcavüz İraqa və onun xalqına müharibə elan olunması kimi qiymətərdirilib. Bu barədə «Əl-Cəzirə» telekanalı xəbər verib.

«Fəth» parlament blokunun bəyanatı İraqın şimalındakı Kaim şəhərində şiələrin «Xalq səfərbərlik qüvvələri»nin («Həşd əl-Şaabi») komandirlərindən birinin «dron»la hücum nəticəsində öldürülmsindən bir gün sonra səsləndirilib. Qeyd olunur ki, ABŞ qoşunlarının İraqda iştirakı pozucu amildir və onların ləngimədən İraq ərazisindən çıxarılması tələb olunur.

Komandirin avşustun 26-da keçirilən dəfn mərasiminin çoxsaylı işrakçıları «Amerikaya ölüm!» və «İsrailə ölüm!» şüarları səsləndiriblər.

Bazar ertəsi ABŞ müdfiə nazirliyi bəyanatla çıxış edib. Bəyantda ABŞ tərəfi həmin hücumlara görə, öz məsuliyyətini inkar edir və İraq hakimiyyəti ilə əməkdaşlıq edəcəyini bildirir.

«Biz, İraqın suverenliyini dəstəkləyirik və dəfələrlə xarici qüvvələrin İraqa qarşı güc nümayişi fəaliyyətinə qarşı çıxış etmişik» - deyə, Pentaqonun nümayəndəsi Conatan Hoffman bəyan edib.

İraq hökuməti öz daxili təhlükəsizliyinə nəzarət etmək hüququna malikdir.

Xəbər verildiyi kimi, hələ avqustun 21-də «Həşd əl-Şaabi» üsyançılarının rəhbərliyi İraq ərazisindəki son partlayışlara görə, məsuliyyəti Birləşmiş Ştatların üzərinə qoyub.

 «Biz, elan edirik ki, baş verənlərə görə, birinci və sonuncu subyekt ABŞ-n İraqdakı qüvvələridir və bu gündən başlayaraş baş verənlərə görə, onları cavabdeh hesab edəcəyik» - «Xalq səfərbərlik qüvvələri»nin bəyanatında deyilir.

Hazırda İraqda antiterror missiyası çərçivəsində 5200 nəfərə yaxın ABŞ hərbçisi yerləşib.

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol