Avqustun 28-də səhər saat 08:00-dan Tbilisi prospektində istismarı dayandırılmış qaz xəttinin ləğvi və yeni çəkilmiş qaz xəttinin mövcud şəbəkəyə qoşulması işləri icra olunacaq.
Bu barədə “Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə Əlaqələr şöbəsindən bildirilib.
Məlumata görə, bununla əlaqədar olaraq 1 və 2-ci Alatavada, Tbilisi prospekti, H.Əliyev prospektində, Nəsimi, Yasamal və Nərimanov rayonlarında, eləcə də bir neçə tibb müəssisəsi və digər yerlərdə bir qrup abonentin qaz təchizatı dayandırılıb.


Şərhlər