Menu

Britaniyaya ABŞ-dan stels-bombardmançılar gəlib - Onların hədəfi Rusiya sərəhədidir

28.08.2019, 20:30
Britaniyaya ABŞ-dan stels-bombardmançılar gəlib - Onların hədəfi Rusiya sərəhədidir

Avqustun 27-də Amerika Birləşmiş Şatlarındakı (ABŞ) «Uaytmen» (Missuri ştatı) aviabazasından Böyük Britaniya Krallıq hərbi-hava qüvvələrinin «Ferford» hərbi aviabazasına 3 ədəd ağır və çətin aşkarlanan strateji «Northrop B-2A Spirit» stels-bombardmançı təyyarəsi göndərilib.

Onların hədəfi Avropada müəyyən tapşırıqları yerinə yetirməkdən, xüsusilə də Rusiya sərhədlərinə raket-bomba zərbələri endirilməsinə dair sınaqlar keçirməkdir.

«Spirit of Mississippi, Spirit of Georgia və Spirit of New York - adları ilə çağırılan 3 ədəd B-24 bombardmançılardır ki, Britaniyanın «Ferford» aviabazasına gəliblər» - «Operativ xətt» bildirir.

Xəbər verilir ki, bu ərəfədə «Uaytmen»dən «Ferforda» ABŞ mühəndis-texniki qrupu da gətirilib. Belə ki, B-2A təyyarəsi bahalı və mürəkkəb xidmət tələb edəndir.

Gözlənilir ki, bu həftə 3 ədəd B-2A təyyarəsinə əlavə olaraq daha iki və artıq strateji-bombardmançı «Boeing B-52H Stratofortress» təyyarəsi də Britaniyada yerləşiriləcək.

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol