Xalq artisti Flora Kərimova jurnalist Ülviyyə Alovlunu məhkəməyə verib.
Bu barədə Kərimovanın vəkili İlkin Ağazadə "BAKU.WS” saytına məlumat verib.
O bildirib ki, xalq artisti Flora Kərimovanın təhqir və böhtanla bağlı Muradova Ülviyyə Niyaz qızına (Alovlu Ülviyyə ) qarşı xüsusi ittiham qaydasında verilmiş şikayətinə əsasən məhkəmə icrasına baxılması üçün hazırlıq iclası təyin edilib.
Məhkəmə iclası 2 sentyabr tarixində saat 17.00-da Binəqədi Rayon Məhkəməsində hakim Rzayev Abbas Əhəd oğlunun sədrliyi ilə baş tutacaq.


Şərhlər