Menu

Türkiyə Prezidenti ABŞ-ın yeni səfirinin etimadnaməsini qəbul edib

28.08.2019, 17:54
Türkiyə Prezidenti ABŞ-ın yeni səfirinin etimadnaməsini qəbul edib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-ın yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib.

APA “Anadolu”ya istinadən xəbər verir ki, ABŞ səfiri Devid Maykl Saterfild Prezident Sarayında etimadnaməsini R. T. Ərdoğana təqdim edib.

Bu ilin fevralında ABŞ Prezidenti Donald Tramp D. M. Saterfildin namizədliyini Türkiyədəki səfir qismində irəli sürüb. İyunun sonunda isə ABŞ Senatı onun namizədliyini təsdiqləyib.

Qeyd edək ki, ABŞ-ın Türkiyədəki sonuncu səfiri Con Bass 2014-2017-ci illərdə fəaliyyət göstərib. O, 2017-ci ilin oktyabrında rəsmi Vaşinqton və Ankara arasında viza böhranı yaşanan zaman Türkiyəni tərk edib. Bu vaxtadək ABŞ-ın Türkiyədəki səfiri vəzifəsi boş olub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol