Menu

Livan ordusu sərhədi pozan iki İsrail dronlarına qarşı atəş açıb

28.08.2019, 23:15
Livan ordusu sərhədi pozan iki İsrail dronlarına qarşı atəş açıb

Livan ordusunun şəxsi heyəti sərhədi pozan iki pilotsuz İsrail uçuş aparatına qarşı atəş açıb. Trend-in məlumatına görə, bu barədə "Al Hadas" telekanalı bildirib.

Məlumata əsasən, intensiv atəş səbəbindən dronlar İsrailə tərəf dönməyə məcbur olub.

Bildirilir ki, daha əvvəl Livan Silahlı Qüvvələri komandanlığı cənubda yerləşdirilən qoşunlara Livan hava məkanına daxil olan pilotsuz uçuş aparatlarını vurmağı əmr edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol