“Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nda dəyişiklik edilib.
Trend-in məlumatına görə, bu barədə qərarı Baş nazir Novruz Məmmədov imzalayıb.
Qərara görə, Mədəniyyət Nazirliyinin strukturuna dəyişiklik edilib.
Mədəniyyət və istirahət parkları Mədəniyyət Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki təsərrüfathesablı qurumların siyahısından çıxarılıb.


Şərhlər
Parkların və istirahət bağları Mədəniyyət Nazirliyinin tabeliyində olmalıdır və yaxud Bələdiyyələrə verilməlidir.. Şəki də isə əksinə olaraq Parklar və istirahət Bağları Kommunal Təsərrüfat İdarəsinin tabeliyinə verilmişdir.. Parklar hara Kommunoxoz hara ..? Belə olanda İcra Başçıları Parkların yararlı ərazilərini öz məqsədləri üçün zəbt edir,əhalinin istirahət etməyə yer qalmayır.. Şəkinin Parklarının Əsas əraziləri İcra Başçıları və onun müavinləri tərəfindən zəbt edilib, baxan yoxdur..?