Menu

İranda iki tona yaxın narkotik aşkarlanıb

29.08.2019, 12:49
İranda iki tona yaxın narkotik aşkarlanıb

İranın Sistan və Bəluçistan əyalətinin Nikşəhr şəhərində 1 ton 789 kiloqramdan çox narkotik maddə aşkarlanıb.

APA-nın Tehran bürosunun məlumatına görə, bunu əyalətinin polis rəisi Məhəmməd Qənbəri deyib.

M.Qənbərinin sözlərinə görə, keçirilmiş əməliyyat zamanı qaçaqçıların Nikşəhr şəhəri yaxınlığında əkin sahəsində gizlətdiyi narkotik maddə tiryək aşkarlanıb və müsadirə olunub.

O, hazırda qaçaqmalçıların həbsi istiqamətində əməliyyatın davam etdirildiyini bildirib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol