Menu

Ağsuda dağlıq ərazidə yanğın başlayıb

29.08.2019, 15:12
Ağsuda dağlıq ərazidə yanğın başlayıb

Ağsuda dağlıq ərazidə yanğın başlayıb.

APA-nın məlumatına görə, yanğın rayonun Kəlağaylı kəndi ərazisində yüksək dağlıq ərazidə meydana gəlib.

Yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin Aviasiya dəstəsinin helikopteri, Dövlət Yanğından Mühafizə Xidmətinin texnika və canlı qüvvəsi cəlb edilib.

Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol