İRİ ŞİRKƏTLƏR MİLYARDLARLA BORCU BÜDCƏYƏ YÜKLƏYİR - Gülməmmədov yazdı

Azərbaycanın iri dövlət şirkətləri dövlət qarantiyası ilə və ya bunsuz xaricdən iri məbləğdə kreditlər cəlb edir. Amma onları ödəyə bilmir, nəticədə yük dövlət büdcəsinin üstünə düşür.

Bu barədə Hesablama Palatasının sədri Vüqar Gülməmmədovun “Xalq” qəzetində dərc edilmiş və 2019-cu ilin yanvar-iyun ayları ərzində dövlət büdcəsinin icrasının analizinə həsr edilmiş  məqaləsində məlumat verib.

Məqalədən sitat: “Son illər üzrə bu sahədə müşahidə olunan meyillər dövlət müəssisələrinin həm dövlət zəmanəti ilə, həm də zəmanət olmadan götürdükləri borc öhdəliklərini ödəyə bilməməsi hallarının daha çox müşahidə olunduğunu, son nəticədə bu öhdəliklərin bu və digər yollarla dövlət büdcəsi hesabına ödənildiyini göstərir”.

Gülməmmədov habelə qeyd edir ki, hökumətin 2019-2024-cü illər üçün proqnozuna əsasən dövlət müəssisələri büdcəyə kredit ödəmələri üzrə 2 milyard 960 milyon manatdan çox vəsait qaytarmalıdır. Həmin vəsait onların əvəzindən dövlət borcu və zəmanəti üzrə öhdəliklərin Təminat Fondu tərəfindən ödənilib.

Qeyd edək ki, əksər dövlət müəssisələrinin hazırda dollar ekvivalenti ilə milyardlarla dollar xarici borcları var. Manatın iki dəfə devalvasiyaya məruz qalmasından sonra onlar xarici borclarını qaytarmaqda çətinlik çəkməyə başlayıb. Amma o da sirr deyil ki, dövlət şirkətlərinin dövlət qarantiyası ilə cəlb etdikləri kreditləri bir qismi korrupsiya mexanizmləri ilə mənimsənilir, yük isə göründüyü kimi büdcənin çiyninə düşür.

 

635x100

Şərhlər

üçox 2019-08-30 18:25:33

O Dövlət müəssisələrinin rəhbərlərinin hamısı laçında kəlbəcərdə PARTŞKOLA bitirmiş kadrlardı, onlar belə səhvlər etməz

Azer 2019-08-30 18:25:33

Ay özünə maliyyəçi adı qoyan şəxsin nəzərinə 1. Hesablama Palatası Əsasnamə ilə fəaliyyət göstərmir,Qanun əsasında 2. Azərbaycanda heç bir qurumda külli səlahiyyət yoxdur. 3. Palatanın səlahiyyətlərini bilmək istəyirsən aç Qanunu oxu 4. HP . məktəb,jek və uşaq baxcası yoxlamır,aç qurumun saytını oxu. 5.Sənin sandığın və rəyin şəxsi qərəzdən irəli gəldiyi , nəhayət yazdıqlarında çoxsaylı orfaqrafik nöqsan olduğu üçün bu yaşdan sonra oxumağında xeyri yoxdur.

fariqa25 2019-08-30 18:25:33

..... vaxtıla dövlət büdcəsini və beynəlxalq təşkilatların vəsaitini mənimsəyən birisidir....

Maliyyəçi 2019-08-30 18:25:33

Zamanında məhrum Prezident Heydər Əliyevin imzası ilə, təsdiq olunmuş Hesablama Palatasının əsasnaməsi ilə, bu quruma verilmiş küllü səlahiyyətlər qarşılığında, palata rəhbərinin bu fikiri məqbul sayıla bilməz. Ona görə ki, Hesablama Palatası bu məsələlərdə bir başa məsuldur və cavabdehdir. Belə ki, Hesablama Palatası Dövlət Büdcəsinə həm daxili, həm də Beynəlxalq Maliyyə mənbəələrindən daxil olan bütün maliyyə resurslarının təyinatına uyğun hərəkətinə cavabdehdir. Yoxsa Palatanın işi, təkcə ildə bir neçə məktəb, “JEK” və uşaq baxçasını “yoxlayıb” hesabatla Milli Məclis qarşısına çıxmaq deyildir. Aydın məsələdir ki, bu qurum zamanında özündə cəsarət tapıb, qeyd olunan dövlət şirkətlərinə müdaxilə edə bilməyib. Hər bir beynəlxalq maliyyə mənbəyindən, dövlət zəmanəti ilə alına vəsait, ölkədə bəlli layihələrin reallaşmasına xidmət edir və alınan borcun qaytarılma mexanizmi də layihələrdə çox aydın bir şəkildə öz təsvirini tapır. Belə olan halda deməli ya layihələr düzgün icra edilmir, ya da edilməsinə nəzarət edən bu kimi qurumlar onun icrasına nəzarət edə bilmir. Sonda, dövlət zəmanətli borcların yükü dövlətin üzərində qalır. Sanıram Milli Məclis, məhz bu aspektlərdən dolayı, növbəti hesabat mərhələsiində Palatanın işinə principal qiymət verərək, onun bu aciz rəhbərini vəzifəsindən uzaqlaşdırar.. Çünki, Vüqar Gülməmmədov kimi kadrların fəaliyyətsizliyi, bir başa dövlətin İqtisadi siyasətinə zərbədir

Ekspert 2019-08-30 18:25:33

Bir dəstə özlərini guya çox bilmiş,savadlı,dövlər sevən kimi göstərməyə çalışaraq,əslində isə bunun bir adı var,"mitasiya" edərək qalan vəzifələridə bölüşmək istəyirlər.Bu vəzifələr böyük şirkətlərdir.Hamısını pis günə qoyublar.Bu şəxslərə sual vermək vermək lazımdır ki,hal-hazırda ölkədə ən pis günə qalan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyidir.O nazirlik haqqında niyə danışmırsız?

Azəri 2019-08-30 18:25:33

BİR İLLİK BORCU YOXSA 30 İLLİK BORCU?

Yengibar 2019-08-30 18:25:33

Ay Gülməmmədov, o müəssisələr Dövlətin deyil, dədələrindən qalmadır

Arif 2019-08-30 18:25:33

Bir başa ad göstərməyə cəsarətləri çatmır, şəxsən mən bunlardan birini deyə bilərəm, Azərpoçt kolver sisteminin quraşdırılmasına 17 milyon dolları ödəyə bilmədiyi üşün yerində dövlət zəmanətinə görə dövlətin büccəsindən ödənildi, əslində Azərpoçt həmin məbləği ödəyə bilərdi və yaxud həmin texnalogiya heç lazımdə deyildi, çünki çox vaxtı ötmüş texnalogiya idi, necəki vaxtilə telfonda Netaş texnalogiyası kimi, Azərpoçt bürokrat sistemi və daxili mənimsəmələrin ücbatından, həmin məbləği ödəyə bilmədi.

Rabitəçi 2019-08-30 18:25:33

Rabityə Nazirliyində və onun tabeli sutrukturlarında özbaşnalıqlar hökm sürür. Belə ki, 5-manatlıq əşyanı 30-40 manata qiymətləndirirlər,bunun nəticəsində ayda milyonları mənimsəyirlər,aidiyyatı qurumlar bu qanunsuzluqlara göz yumurlar..? Belə hallar davam etsə,nəticəsi olduqca dözülməz hala gətirib çıxaracaqdır.Rabitə Nazirliyi artıq keçmiş Kolxoz İdarələrini xatırladır,vətəndaşların şikayətlərinə əhəmiyyət verməyirlər,aidiyyatı qurumlarda göz yumurlar...?

Son yazılar