Menu

3 ton narkotik məhv edilib

30.08.2019, 18:38
3 ton narkotik məhv edilib

Daxili işlər orqanlarının əməkdaşları tərəfindən yabanı halda bitən narkotik tərkibli bitkilərin aşkar edilməsi istiqamətində uğurlu əməliyyat tədbirləri davam etdirilir.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Gəncə regional qrupundann APA-nın yerıi bürosuna verilən məlumata görə, Ağstafa Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində rayonun Qarayazı qəsəbəsi ərazisində yabanı halda bitmiş, ümumi çəkisi 3150 kiloqram olan, hər birinin hündürlüyü 160-220 sm olan 4500 ədəd narkotik xassəli çətənə kolları aşkar olunub. Həmin narkotik tərkibli bitkilər kökündən çıxarılıb, yandırılaraq məhv edilib.

Faktla bağlı RPŞ-də araşdırma aparılır.

Şərhlər

ekinci 2019-08-30 18:38:34

Ne yaxsidir 4500 kol yabani halda 1-2 metr boyuyur.Biz bu qeder eziyyet cekirk heyetimizde 4-5 pomidor kolunu yetsdire bilmirik.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol