Menu

Moskva aeroportlarında 130 aviareys ləngiyir

31.08.2019, 09:57
Moskva aeroportlarında 130 aviareys ləngiyir

Moskva hava limanlarında 121 aviareys ləngiyir, 9-u isə təxirə salınıb.

APA-nın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, Moskva vaxtı ilə saat 07:45-də Vnukovo aeroportunda 28 reys ləngiyir, Domodedovoda 26 reys ləngiyir, 9-u təxirə salınıb, Şeremetyevo hava limanında isə ləngimi 67 aviareysi əhatə edib. Jukovski aeroportunda ləğv edilmiş və təxirə salınmış reyslər yoxdur.

Hazırda Moskvada dumanlı hava şəraiti müşahidə olunur.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol