FİT ÇALAN NAZİR... - 15 ildir xarici siyasətimizə də fit çaldırır! +VİDEO

Aşağıdakı videoda Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun Nyu-Yorkda oğlu Riyadın toyunda rəqs etməsi əks olunub. Diqqətlə baxsanız görərsiniz ki, videonun 55-ci saniyəsində hörmətli nazirimiz iki barmağını cütləyib ağzına basaraq fit də çalır...

İnsafən, özünə görə pis də oynamır. Kaş heç olmasa elə oynadığı kimi də olsa danışa biləydi, xüsusilə də bəyənib öyrənmək belə istəmədiyi öz dilimizdə...

Kimsə deyə bilər ki, insanlıq halıdır, kişinin övladının toyudur, sevinir, əylənir və sair. Olsun! Amma hansı məclisdə, hansı toplantıda, tədbirdə olmasından asılı olmayaraq, istənilən insanın davranışı onun sambalından, çəkisindən, dünyagörüşündən və ətrafdakılara münasibətindən, baxışından xəbər verir. Belə hərəkətləri daha çox Rusiya XİN-in hansı yolun yolçusu olduğu bəlli olan Mariya Zaxarovanın ifasında görmək mümkündür ki, ona da hətta Rusiya kimi cəmiyyətdə belə, ikrah hissilə yanaşırlar...

Bu adam Azərbaycanın xarici işlər naziridir və protokola görə, ölkə rəhbərliyini təmsil edən ilk beşliyə daxildir, olduqca ciddi və məsuliyyətli, strateji əhəmiyyətli bir vəzifədədir. Deməli davranışları da ən azından daşıdığı posta uyğun olmalıdır. Bir qədər mühafizəkar baxış kimi görünə bilər, amma hər halda bu adam vaxtilə həmin vəzifəni daşımış Əlimərdan bəy Topçubaşov, Fətəli Xan Xoyski, Məmmədhəsən Hacınski kimi kişilərin, şəxsiyyətlərin varisi sayılır. İndi həmin rəhmətliklər bu mənzərəni, öz xələflərinin hoppanıb-düşüb, küçədə quş uçurdan quşbazlar kimi fit çaldığını, yaxud da nazirliyin strukturlarının, səfirliklərin kimlərlə doldurulduğunu, nə işlə məşğul olduqlarını görsəydilər, bəlkə də çəkdikləri zəhmətlərə, göstərdikləri fədakarlıqlara görə peşiman olardılar...

Paşinyan Şuşaya, Kəlbəcərə gəlib hoqqa çıxarmaq, yallı gedib, şıllaq atmaq, bununla da olan-qalan qürur damarımızı tapdalamaq üçün bəhanə axtarır. Bizimkilər isə övladlarına Nyu-Yorkda, yaxud hansısa Avropa ölkəsində, ya da Bakıdakı elə özlərinə məxsus ən bahalı saraylarda toy edirlər. Və əslində, erməni baş nazirin bu hərəkətləri hər bir sıravi azərbaycanlıdan daha çox elə Məmmədyarova təsir etməlidir – bu, həm də onun şəxsən 15 ildir iştirak etdiyi və 25 ildir davam edən danışıqların yaratdığı mənzərədir. İndi həm də onun sayəsində Azərbaycanın xarici siyasəti elə Məmmədyarovun özü kimi fit çalır!

Hər halda, Azərbaycanın heç olmasa gözümüzə tutmaq üçün işğaldan azad etdiyi bir Cocuq Mərcanlısı var. Olmazdımı ki, həmin bizim bu şanlı nazir Nyu-Yorkda yox, elə xeyli vaxt AzTV-nin ekranlarından düşməyən Cocuq Mərcanlıda oğluna simvolik də olsa bir toy edəydi. Bu, Paşinyanın yallısına, şıllağına pis-yaxşı cavab olmazdımı? Buranın cəbhə bölgəsi olmasında da qorxulu bir şey yoxdur. Çünki ermənilər ən azından uzun illərdir qulağına laylalar çaldıqları və onları tam təmin edən birisinin məclisinə şuluq salmazdılar. Hətta əlacları olsa, özləri də gəlib iştirak edərdilər, nəmər də yazdırardılar!...

Xeyr, nazir cəbhə bölgəsində toy etməkdən qorxmur, sadəcə onun bu münaqişəyə baxış açısı, şəxsi keyfiyyətləri, tipi və nəhayət, ruhu belə şeyləri ağlının ucundan belə keçirəcək bir durumda deyil...

Ümumiyyətlə, vətənpərvərlikdən, dövlətçilikdən, sədaqətdən dəm vuran nazirlərin və iri məmurların övladlarının toy məclislərini cəbhə bölgələrində keçirməyə vadar etmək pis olmazdı. Bu, onlar üçün ən ağır cəzalardan biri olsa da belə...

Acı reallıq onu deməyə əsas verir ki, vətənə hər hansı xidmətini eşitmədiyimiz övladlarını çoxdan Azərbaycandan uzaqlaşdıran bir nazirə elə Nyu-Yorkda toy etmək yaraşar. Ancaq orda da nahaq “Azəri torpağının hamımız övladıyıq...” tipli mahnıya oynayırlar. Bəyə də əziyyət verirlər. O yazıq da Müsyo Jordan kimi hərəkətlər edərək, nə qədər çalışsa da özü üçün yad olan bu havaya uyğunlaşa bilmir. Bilməyəcək də... Axı müsyo jordanlar hara, Azəri övladı olmaq hara...

Cəlal MƏMMƏDOV

AzPolitika.info

635x100

Şərhlər

Cavide 2019-08-31 16:15:42

Neyi sadedir? Hech bilirsen bura hansi olkedir ve hansi mehmanxananin zalidir? Sifte giymetini bil sonra mulahize et sadedir ya yox. Sadelik bashqa sheydi heji.

Amon 2019-08-31 16:15:42

Elmardan birce xahisimiz varki oz ana dilimizi oyrensin.o ki qaldi torpaqlarin azad olunmagina danisiqlar gedir narahat olmayin aktiv merhelededi.3 terefli format madrid prinsipleri kazan razilasmasi il 2030 danisiqlari yubadir ermeniler biz kusduk

O.B.N 2019-08-31 16:15:42

Fit çalan vaxtlarıdır qoy çalsınlar

Haqqın Sədası 2019-08-31 16:15:42

Doyunca çalıb oynasınlar. Amma, daşnağ düdüyünə züy tutmasınlar. Niyə, etiraz vermir ki, Avropa iki milyon ailəni evindən qovmuş, Qarabağ və ətrafını 26 il hərbi işğalda saxlayan Ermənistanla sazişi hansısa demokratik əsasla, yoxsa, hərbi genosid qabiliyyətinə görə bağlayıb? Hərbi işğalçı TŞ qətnaməsini icra etmədiyinə görə BMTdən də çıxarılmalıdır.

EJDER 2019-08-31 16:15:42

AYE,BU ANALOQU OLMAYAN HOKUMETDE DUZGUN,VETENPERVER NAZIR YOXDUR.KIM TANIYIR,CEKSIN ADINI,YOXDUR....R.PARADOKS ODUR KI,BIZ BELELERİLƏ INKIWAF EDIRIK,LUKAWENKO CANI KIM ILIWDI DEYIR,....MALADES.ANALOQU OLMAYAN INKIWAF BUDUR.WIROKO WAQAYET AZEBIJAN YADA DUWUR,BOW BOW RAPORTLAR,KECICI BAYRAQLAR

Anar 2019-08-31 16:15:42

Ata oqulun toyunda oynamalidi bu normaldi fit de cala biler. Amma ata xarici ishler naziridise durum deyishir. Ona gore yox ki kimlerinse seelefidi. Yox selefleri de azerbaycan dilinde yaxsi danisa bilsede azer.n ucun bir is gore bilmeyibler. Amma bu adam en szindan azerbaycanda toy etmeli deyildiyinkimi remzi olsa da mercanlida olmali ve dusmana meydan oxumali idi. Prezidentin oqlu herbi xidmet gedir, nazirin oqlu ondan numunə götürməlidi .. Etmirse nazirin yerinde olmadiqinin subutudur. İnaniram ki ali bas komandan bunlari nezere alacaq

Kim 2019-08-31 16:15:42

Deyəsən gəlin bizlerden deyil . Qanıı qarışıq olanlar millətlə ancaq qanı qarışıq olanlarla ailə qurur

cəngərlik sakini 2019-08-31 16:15:42

kim bu millətin malını-pulunu talan edirsə burnundan irin şəklində tökülsün.AMİNNNNNNN.

Mübariz 2019-08-31 16:15:42

Fit çalmağı öyrənmək əvəzinə Azərbaycan dilini öyrənsəydi pis olmazdı. Bədbəxt oğlu bütün dünya qarşısında özünü də, hakimiyyəti də biabır edib.

sefer nicat oglu 2019-08-31 16:15:42

Teklif edirem orduda hegigi gullug etmeyen ve xaricde ushaaglarina gelecek guran menurlar tecili govularag varidatlari alinsin

NURəddin 2019-08-31 16:15:42

Hörmətli Cəlal bəy yazıya görə sizə təşəkkür edir və nələr çəkdiyinizi hiss edirəm. Millətimizi gözlərimizin önündəcə belələrinin əli ilə məhv edirlər. Heç şəkiləsi dərd deyil.

Nazım 2019-08-31 16:15:42

İş vaxtı vəzifə sahibidir, işdən sonra oda adi insan və valdeyindir. Evladının xeyir işində iştrakı normal haldı. Şəxsi həyatı vəzifə borcları ilə qarışdırmayın.

sahib 2019-08-31 16:15:42

Kəpəz dagının yerini dəyişərək Yevlax tərəflərə gələcəyinə inanın.Amma bu məmurlara qarşı hansısa tədbir görüləcəyinə, ümumiyyətlə hakimiyyətin nəyiə dəyişəcəyinə inanmayınyazıq millət....

Cavid 2019-08-31 16:15:42

Niyə yalan danışırsınız?Axı bu insanın oğlu çox sadə bir toy edib. Sifariş le yazı yazmayın qurursunuz olsun!

Marif 2019-08-31 16:15:42

Elmarin nazir vezifesini itiren kimi ,ogluda Zapalani itirecek.

Adil 2019-08-31 16:15:42

Ata övlad toyunda rəqs etməlidir də. Burada qeyri-adi nə var ki? Əslindı rəqs etməsəydi təəccüblü olardı.

Alı 2019-08-31 16:15:42

Bu hökumətin ən yüksək çinli məmurları bütün mümkün variantlarla varını,pulunu, malını,övladlarını... xaricə daşıyıblar.Övladları burda olanların isə varı, dövləti xaricə daşınıbsa da övladları xarici dövlətlərin vətəndaşıdır.Sual yaranır: Niyə bu dövlətin ən başbilənləri ölkədən qaçırlar? Bu ölkədə qalmaq niyə təhlükəlidir? Bizi hansı təhlükə gözləyir? İnsanları ən çox bu suallar təlaşlandırır.Bəlkə nəsə xalqın köməyi lazımdır? Cavab verin....

Son yazılar