Menu

Gürcüstan Cənubi Osetiyanın PUA-sını vurdu

01.09.2019, 18:17
Gürcüstan Cənubi Osetiyanın PUA-sını vurdu

Gürcüstan hərbçiləri qondarma Cənubi Osetiya rejiminin pilotsuz uçan aparatını (PUA) atəşə tutaraq məhv ediblər.

RİA Novosti bildirir ki, məlumatı Cənubi Osetiyanın “Dövlət Təhlükəsizlik Komitəsi” yayıb.

Məlumata görə, PUA yerli vaxtla saat 10:00-da Cənubi Osetiya ilə sərhəddə-Çnelis kəndi yaxınlığında yerləşən və keçən həftə qoyulmuş Gürcüstana məxsus blokpostun yaxınlığında məhv edilib.

Bundan əlavə, məlumatda o da qeyd olunur ki, analoji gürcü uçuş aparatları sərhəd boyu və Cənubi Osetiya təhlükəsizlik qüvvələri tərəfindən gecə-gündüz mühafizə olunan mülki obyektlər üzərində kəşfiyyat aparıblar.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol