Menu

Almaniya prezidenti polyaklardan üzr istəyib – Nasistlərin cinayətlərinə görə

02.09.2019, 08:46
Almaniya prezidenti polyaklardan üzr istəyib  – Nasistlərin cinayətlərinə görə

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Polşanın Velyun şəhərindəki çıxışı zamanı Almaniyanın prezidenti Frank-Valter Ştaynmayer bəyan edib ki, almanlar Polşada insanlığa qarşı cinayətlər törədiblər. Xəbər verildiyi kimi, bu şəhərdə İkinci Dünya Müharibəsinin başlanmasının 80-ci ildönümünə həsr olunmuş mərasim keçirilib.

«Mən, alman qəddarların qurbanı olmuş polşalılar qarşısında baş əyirəm və üzr istəyirəm!» - deyə, Ştaynmayer əlavə edib.

Məlumat üçün bildirək ki, Velyun - 1 sentyabr 1930-cu il tarixində İkinci Dünya Müharibəsinin başlandığı gün almanların bombardmanına məruz qalmış ilk şəhərdir. Bundan əvvəl, Polşanın eks-prezidenti Lex Valensa ildönümünə Almaniyanın dəvət olunmasından öz qəzəbini bildirmişdi. Fəqət, bunun əvəzində Rusiya tədbirə dəvət olunmadı…

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol