Menu

"Fənərbağça" "Bavariya"nın sabiq futbolçusu ilə müqavilə imzalayıb

02.09.2019, 20:44
"Fənərbağça" "Bavariya"nın sabiq futbolçusu ilə müqavilə imzalayıb

Türkiyənin "Fənərbağça" klubu Fransa "Marsel"indən Luis Qustavonu heyətinə qatıb.

"Report" klubun rəsmi saytına istinadla xəbər verir ki, İstanbul təmsilçisi 32 yaşlı braziliyalı yarımmüdafiəçi ilə 4 illik müqavilə imzalayıb. "Fənərbağça"nın bu keçid üçün qarşı tərəfə 6 milyon avro ödədiyi bildirilib.

Qeyd edək ki, Luis Qustavo karyerası ərzində Almaniyanın "Volfsburq" və "Bavariya" komandalarının da formasını geyinib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol