İsrail kəşfiyyatının 43 əsgəri baş nazir Netanyahuya ilginc məktub göndərib.
Avropa.info-nun məlumatına görə, əsgərlər bildiriblər ki, Fələstin qətliamında iştirak etmək istəmirlər. Əsgərlər həmçinin qeyd edib ki, fələstinli əsgərlərlə dinc sakinlər arasında heç bir fərq qoyulmadan qətliam törədlir. Və bu sistemə xidmət etməyə vicdanları yol vermir.
Məktub yayımlanandan sonra İsrail kanalına danışan əsgərlər mühüm açıqlamalar verib:
"8200 saylı bölüyün məqsədini indi anlayırıq. Hissənin məqsədi "özünü müdəfiə"dir. Amma Fələstindəki insanların sayını nəzarətdə saxlamağı məqsəd bilirlər.
Bizim hücum etdiyimiz insanlar terrorist deyildi. Bütün fələstinlilər bizim düşmənimiz deyil.
Amma bizim bölük onların hamısına düşmən kimi görür".
Əsgərlər digər kolleqalarına da səslənərək onlardan dəstək gözlədiklərini bildiriblər.


Şərhlər