Menu

Binəqədi rayonunda 43 yaşlı kişi bıçaqlanıb

03.09.2019, 22:10
Binəqədi rayonunda 43 yaşlı kişi bıçaqlanıb

Bakıda bıçaqlanma hadisəsi baş verib.

"Report" xəbər verir ki, hadisə Binəqədi rayonunun Məmməd Əmin Rəsulzadə qəsəbəsində qeydə alınıb.

Belə ki, 1976-cı il təvəllüdlü Fərhadov Vüqar Məmmədəli oğlu naməlum şəxs tərəfindən bıçaqlanıb.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona döş qəfəsinin arxa hissəsinin kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol