Gürcüstanın Samtreida rayonunun Naçxatura neft bazasında ötən gecə başlayan yanğın davam edir.
APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Fövqəladə Hallar İdarəsi məlumat yayıb.
Məlumata görə, yanğının lokallaşdırılması işlərinə qurumun 14 yanğınsöndürmə briqadası üzrə təxminən 70 yanğınsöndürən cəlb edilib.
Yanğın artıq lokallaşdırılıb.
Hadisənin səbəbi hələlik məlum deyil. Faktla bağlı cinayət işi açılıb.
Bazanın Gürcüstanın qərbindəki ən böyük yanacaq terminalı olduğu bildirilir.


Şərhlər