Menu

Honkonq hökuməti ekstradisiya haqqında qanun layihəsini geri götürdü

04.09.2019, 20:39
Honkonq hökuməti ekstradisiya haqqında qanun layihəsini geri götürdü

Çinin Honkonq xüsusi inzibati bölgəsi icraçı hökumətinin rəhbəri Kari Lam ekstradisiya haqqında qanuna təklif olunan düzəlişin geri götürüldüyünü elan edib. Qərar hökumət rəhbərinin İcraçı Şuranın üzvləri və Ümumçin Xalq Nümayəndələri Yığıncağında Honkonqdan olan nümayəndələr ilə görüşündən sonra verilib.

AzərTAc xatırladır ki, ekstradisiya haqqında qanuna təklif olunan düzəliş Honkonq ərazisində olan və cinayət törətməkdə şübhəli bilinən şəxslərin məhkəmə qarşısına çıxarılması üçün Çinin materik hissəsinə və ekstradisiyaya dair sazişin olmadığı ölkələrə göndərilməsini nəzərdə tuturdu. Həmin qanun layihəsinə etiraz olaraq 3 aydır Honkonqda aksiyalar keçirilir. Aksiyaların gedişində dəfələrlə polis ilə etirazçılar arasında qarşıdurma yaranıb, xəsarət alanlar olub. Polis baş verən iğtişaşlarla əlaqədar olaraq iyun ayından bəri 1183 nəfəri şübhəli şəxs qismində saxlayıb. İğtişaşların başladığı iyunun əvvəlindən bəri isə təxminən 200 polis əməkdaşı müxtəlif dərəcədə bədən xəsarəti alıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol