Menu

Alina Kabayeva deputat mandatından imtina etdi

15.09.2014, 14:20
Alina Kabayeva deputat mandatından imtina etdi

Alina Kabayeva deputat mandatından imtina edib.

ANS PRESS-in İTAR-TASS-a istinadən verdiyi məlumata görə, bunu Dövlət Dumasının komitə sədri Sergey Popov bildirib. O, qeyd edib ki, Alina Kabayeva bu gün ərizə yazıb. Sergey Popov ərizəyə müsbət cavab verildiyini bildirib.

Xatırladaq ki, Alina Kabayeva bədii gimnastikadan siyasətə qatılıb. Onun Rusiya prezidenti Vladimir Putinlə sevgi münasibətlərinin olması barədə söz-söhbət var. Bu söz-söhbətlər Vladimir Putin həyat yoldaşından ayrıldıqdan sonra daha da güclənib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol