“SƏBA” ASC 2019-cu il üzrə yarımillik maliyyə göstəricilərini açıqlayıb.
FED.az şirkətin yarımillik hesabatına istinadən xəbər verir ki, ötən il 486 703 manat mənfəət əldə edən “SƏBA” ASC – bu il birinci yarısında 3 mln 266 min manat zərərə edib.
Şirkətin aktivləri ötən illə müqayisədə 79% artaraq 41 mln 954 min manatdan 75 mln 123 min manat çatıb.
Şirkət 2018-ci ildə hazır məhsul satışından 34 mln 392 min manat əldə edib ki, bunun da 28 mln 411 min manatı məhsulun maya dəyəri olub.
2019-cu ilin yanvar-iyun dövründə “SƏBA”nın satışdan gəlirləri 36 milyon 837 min manat təşkil edib ki, bu da ötən illə müqayisədə 7% çox artım deməkdir.


Şərhlər
YekNəsəg "İqtisadiyyat" və "müstəsna dövlət vergisi"? Aktivləri 79% artıb, qazancı isə minusdur. Sərbəst görünən on min manata 6 ay nəinki müəssisə, belə kiçik sexin idarəsi mümkün görünmür. Azərbaycan maliyyəsi və iqtisadiyyatı (Qarabağ və ətrafı kimi) məmurlar arası belə FİKSİYAlardan nə vaxtsa azad ediləcəkmi?
Basa dusmedik, artim olub yoxsa seredes?bu nece informasiyadir?