Prezident Administrasiyasının İnnovativ inkişaf və elektron hökumət məsələləri şöbəsinin müdiri Rövşən Nəcəf işdən çıxarılıb. "Index" qurumun saytına istinadən xəbər verir ki, Rövşən Nəcəfin adı "Struktur" bölməsindən yığışdırılıb.
Xatırladaq ki, Rövşən Nəcəf ölkə başçısının sərəncamına əsasən, ötən ilin may ayında Prezident Administrasiyasının İnnovativ inkişaf və elektron hökumət məsələləri şöbəsinə müdir təyin edilmişdi. Bu təyinatadək o, "Azərbaycan İnvestisiya Şirkəti" ASC-nin icraçı direktoru olaraq işləyib.
Məlumata görə, Vergilər naziri Mikayıl Cabbarov Rövşən Nəcəfi Vergilər nazirliyinin Maliyyə Monitorinq Xidmətinin direktoru təyin edib.
Qeyd edək ki, Maliyyə Monitorinqi Xidməti Prezident İlham Əliyevin 30 may 2019-cu il tarixli sərəncamı ilə yaradılıb.


Şərhlər
Bismillahir-Rəhmanir-Rəhim.Şahin bəyə eşq olsun. Tamamilə düz yazir. Vergilər naziri Mikayıl Cabbarov keçmiş təhsil naziri kimi Azərbaycan dilinin qorumasının çox vacib olmasını bilməmiş olmaz.Hörmətli Mikayıl bəy artıq anlamaq vaxtı çatıb ki, belə olmaz. Əslində bu nazirlər Xalq və Vətən naminə nəsə etməlidir,amma bugür yox da! .Xahiş edirəm məsuliyyətli olun. reallıq hissini itirməyin! Atalar sözü yadıma düşdü: “ “El dəli olanda molla yanına gedir.Bəs molla dəli olanda hara getsin”!
Shahin sen özün gor ne qedder ereb fars sozu isletdin bir serhde
Xeyirli və uğurlu olsun. Yalnız bu "MONİTORİNG" sözündən qurtulmadıq.Qurtulsaydıq VN struktur bölməsinin adı "Maliyyə NƏZARƏTİ xidməti" olardı. Yox biz gərək Azərbaycan dilində xarici dillərdəki sözlərdən və ifadələrdən istifadə edək ki, müasirliyimizi, qərb dünyasına inteqrasiyamızı nümayiş etdirək(lovğalanmaq qanımızda var)...Bir millətin dilinin saf və təmiz olması həmin millətin dərin tarixi-mədəni kökləri olan Mıillət olduğunu sübuta yetirən, güclü və sarsılmaz Milli ruha, Milli vicdana malik olduğunu müəyyən edən əsas xüsusiyyətdir.Heç düşünmədinizmi bu sərvətimiz məhv edilir? Mədəniyyəti dünyaya nümayış etdirən, çatdıran dəyəri ölçülə bilməyəcək dərəcədə qiymətli bir sərvətimiz dilimizdir-Azərbaycan dilidir. Digər xalqların və millətlərin dilindəki sözlərin, ifadələrin Azərbaycan dilinə müdaxilələrinin qarşısını alarsaq Mədəniyyətimizi və Milli vicdanımızı o qədər saf tutmuş olarıq.