Jurnalistlər üçün inşa edilmiş ikinci binada yerləşən mənzillərə dair Çıxarışlar yaxın günlərdə media nümayəndələrinə təqdim ediləcək.
Bu barədə Trend-ə Əmlak Məsələləri Dövlət Komitəsindən məlumat verilib.
Məlumatda deyilir ki, ölkə rəhbəri Möhtərəm cənab Prezident İlham Əliyevin “Azərbaycan mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsinə dair əlavə tədbirlər haqqında” 2013-cü il 22 iyul tarixli Sərəncamı ilə jurnalistlər üçün inşa edilmiş və onların mülkiyyətinə verilmiş ikinci binada yerləşən mənzillərə dair Çıxarışlar Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən yaxın günlərdə səyyar mobil qeydiyyat xidməti çərçivəsində həmin binanın həyətində media nümayəndələrinə təqdim ediləcək.


Şərhlər
kimsə nəyisə öz cibindən, mal-mülkündən hədiyyə edə bilər, dövlət büdcəsindən yox..bunu yalnız bərabər əsaslar tətbiq edilməklə qanuna görə etmək olar..yaxşı olarki dövləti idarə edənlər ilk öncə öz sərvətlərini bəyan etsinlər və sonra o sərvətdən kimə istəyirlrsə və nəyi istəyirlərsə bəxş-hədiyyə etsinlər.