Menu

Avropa Birliyindən Rusiyaya qarşı yeni sanksiyalar

15.09.2014, 16:56
Avropa Birliyindən Rusiyaya qarşı yeni sanksiyalar

Avropa Birliyi ötən həftə təsdiqlədiyi sərt sanksiyalar paketinin ardınca Rusiyaya və Ukraynanın şərqindəki separatçılara qarşı sanksiyaları bir az da gücləndirməyə hazırlaşır. Musavat.com-un məlumatına görə, bu haqda alman nəşri “Bild” yazıb.

Söhbət o cümlədən Rusiyanın futbol üzrə 2018-ci il dünya çempionatına ev sahibliyi hüququnun əlindən alınması və qondarma Donetsk və Luqansk “xalq respublikaları”nın terrorçu təşkilatlar kimi tanınmasından gedir. Bununla bağlı yekun qərarın sentyabrın 23-də AB-nin siyasi-təhlükəsizlik komitəsində veriləcəyi gözlənilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol