Menu

Metroda yenə problem yaşandı

15.09.2014, 17:06
Metroda yenə problem yaşandı

Bu gün Bakı Metropolitenində yenə problem yaranıb.

Bu barədə hüquq mühafizəçisi Mirvari Qəhrəmanlı öz Facebook hesabında yazıb. Onun sözlərinə görə, metronun “Gənclik” və “Koroğlu” stansiyalarında qatarlar 15-20 dəqiqə hərəkət etməyib.

Məsələyə aydınlıq götürmək üçün Bakı Metropoliteni ilə əlaqə saxladıq. Metronun mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayevin ANS PRESS-ə verdiyi məlumata görə, 16:00 radələrində “Dərnəgül”-“Həzi Aslanov” stansiyaları istiqamətində hərəkətdə olan 27 saylı qatarda texniki nasazlıq yaşanıb.

“Platformada qatarın hərəkəti mümkünsüz olub. Bu səbəbdən sərnişinlər vaqonlardan evakuasiya olunub. Qatar depoya göndərilib. Bu vaxt ərzində 5-10 dəqiqə yubanma olub. Bununla da qatarların ümumi qrafikində müəyyən qədər gecikmələr olub. Lakin sonradan problem aradan qaldırılıb”, - deyə Nəsimi Paşayev bildirib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol