Qalmaqallı imici ilə məşhur olan RLDP sədri Vladimir Jirinovski Azərbaycana sentyabrın 20-də gələcək. Virtualaz.org bunu Azərbaycan Xarici İşlər Nazirliyinə yaxın mənbədən öyrənib.
Xatırladaq ki, bir az əvvəl nazirlikdən saytımıza bu səfərlə bağlı onlarda məlumatın olmadığı bildirilmişdi.
Yeri gəlmişkən, mənbə onu da iddia edir ki, Jirinovskinin Bakıya səfəri Rusiya prezidenti Vladimir Putinlə razılaşdırılıb və Azərbaycanla Rusiyanın strateji cəhətdən yaxınlaşmasına töhfə verəcək cəhd kimi qiymətləndirilir.


Şərhlər