Menu

İmişlidə 8 yaşlı uşaq kanala yıxılaraq boğulub - VİDEO

07.09.2019, 20:32
İmişlidə 8 yaşlı uşaq kanala yıxılaraq boğulub - VİDEO

İmişli rayonunda uşaq kanalda boğulub.

"Report"un Mil-Muğan bürosunun məlumatına görə, hadisə bu gün saat 16:00 radələrində İmişli rayonu Cəfərli kəndi ərazisində yerləşən şor su kollektorunda baş verib.

2011-ci il təvəllüdlü Tağıyev Əli Faiq oğlu su kollektorunun üzərindəki taxta körpüdən keçərkən yıxılaraq suya düşüb və batıb. Uşağın meyiti saat 19:00 radələrində kənd sakinləri tərəfindən sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Fakt araşdırılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol