"Putinlə əldə etdiyimiz razılaşma yerinə yetirildi".
Virtualaz.org yerli KİV-ə istinadla bildirir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski deyib.
Zelenski sentyabrın 7-də rusiyalı həmkarı ilə aralarında telefon danışığının baş tutduğunu bildirib.
“Biz Rusiya prezidenti ilə mümkün olan hər şeyi etdik”, - deyə Zelenski qeyd edib.
Qeyd edək ki, bu gün Moskva ilə Kiyev arasında razılaşma çərçivəsində Ukraynada azad olunmuş 33 nəfər artıq Moskvaya gedib.


Şərhlər