Menu

Gürcüstanın yeni Baş Naziri vəzifəsinin icrasına başlayıb

09.09.2019, 13:57
Gürcüstanın yeni Baş Naziri vəzifəsinin icrasına başlayıb

Gürcüstanın yeni Baş Naziri Giorgi Qaxaria bu gündən vəzifəsinin icrasına başlayıb.

APA-nın Gürcüstan bürosunun xəbərinə görə, G. Qaxaria bu gün səhər saatlarında hökumət idarəsinə gəlib.

Qeyd edək ki, Gürcüstan parlamenti dünən G. Qaxarianın Baş Nazir postunu tutduğu yeni hökumətə etimad göstərib. Müxalifət fraksiyalarının boykot etdiyi parlamentin plenar sessiyasında keçirilən səsvermədə hökumətin yeni tərkibi 98 millət vəkilinin dəstəyini alıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol