Menu

DİM sentyabrın 8-də keçirdiyi imtahanların nəticələrini elan edib

09.09.2019, 16:17
DİM sentyabrın 8-də keçirdiyi imtahanların nəticələrini elan edib

Dövlət İmtahan Mərkəzi (DİM) 2019-cu il sentybarın 8-də Bakı və Gəncə şəhərlərində cari ilin buraxılış imtahanlarında üzrlü səbəbdən iştirak edə bilməyənlər üçün əlavə imtahanlar keçirib.

DİM-dən APA-ya verilən məlumata görə, 9-cu sinif buraxılış imtahanının II mərhələsi, həmçinin Azərbaycan dili imtahanı (Azərbaycan dilindən fərqli bölmə üzrə təhsilalanlar üçün) verən şagirdlər nəticələri ilə aşağıdakı linklərdə tanış ola bilərlər:

9-cu sinif buraxılış imtahanının II mərhələsinin nəticələri;

Qeyd olunan imtahan iştirakçıları nəticələri haqqında məlumatı mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.

Xatırladaq ki, dünən keçirilən 9-cu sinif buraxılış imtahanının I mərhələsi, həmçinin 11-ci sinif buraxılış imtahanında iştirak edən şagirdlərin nəticələri də yaxın 3 gün ərzində elan olunacaq.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol