Menu

Zelenski ABŞ-a gedir

09.09.2019, 17:49
Zelenski ABŞ-a gedir

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Ukraynanın prezidenti Vladimir Zelenski sentyabrın sonlarında Amerika Birləşmiş Ştatlarına (ABŞ) səfər edəcək. Ukrayna xarici işlər naziri Vadim Pristaykonun dəqiqləşdirdiyi kimi, səfər sentyabrın 23-də başlayacaq.

«Biz, ABŞ-a sentyabrın 23-də gedirik ki, ABŞ prezidenti Donald Trampla və hökumət rəsmiləri ilə görüşək» - deyə, nazir bildirib.

Pristayko Trampla Zelenskinin görüşünun məhz nə vaxt baş tutacağını dəqiqləşdirməyib.

Bundan əvvəl, Zelenski bəyan etmişdi ki, Trampla görüşü səbirsizliklə gözləyir. «Minnətdaram ki, ABŞ Ukraynanın ərazi bütövlüyünün dəstəklənməsi məsələsində öz mövqeyini dəyişməyib. Əməkdaşlıq üçün bizim çoxsaylı sahələrimiz var. Məhsuldar dialoqu davam etdirmək üçün Donald Trampla görüşümüzü səbirsizliklə gözləyirəm» - Zelenski öz «Tvitter»ində yazıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol