Menu

Türkiyə və Rusiya XİN başçıları Suriya məsələsini müzakirə edib

09.09.2019, 20:35
Türkiyə və Rusiya XİN başçıları Suriya məsələsini müzakirə edib

Türkiyə və Rusiyanın xarici işlər nazirləri - Mövlud Çavuşoğlu ilə Sergey Lavrov arasında telefon danışığı olub.

“Report” TASS-a istinadla xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin yaydığı açıqlamada Suriyadakı vəziyyət Astana formatı ölkələrinin (Türkiyə, İran, Rusiya) zirvə görüşünə hazırlıq baxımdan müzakirə olunub.

Həmçinin Suriyadakı münaqişənin BMT-nin Təhlükəsizlik Şurasının qəbul etdiyi 2254 nömrəli qətnamə, habelə Rusiya ilə Türkiyə prezidentləri arasında avqustun 27-də əldə olunmuş razılaşma çərçivəsində həll olunması prosesinin gedişatı müzakirə olunub. Hər iki tərəf Suriyada Konstitusiya Komitəsinin tezliklə yaradılaraq fəaliyyətə başlaması məramına sadiq olduqlarını təsdiqləyiblər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol